Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var”

Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var”

Date: 7 November 2016 21:09

“Təəssüf ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: “Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər.  Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib.  İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir"


Tags:  Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var



RƏYLƏR


Top news