Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi

Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi

Külli miqdarda aksiz markasız siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı (16 Mart 2017 10:58)
Külli miqdarda xarici markalı siqaret aşkar edildi - FOTO (03 Mart 2017 11:38)
Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb (03 Mart 2017 11:12)

Tarix: 7 Noyabr 2016 21:32

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın 3.1.1-ci yarımbəndi ləğv edilir.

Qeyd edək ki, 3.1-ci bəndin həmin yarımbənddə deyilirdi:

"3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:

3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;"

Milli.Az


Teqlər:  Aksiz markası markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi



RƏYLƏR


Top xəbərlər