Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi

Aksiz markası ilə markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi

Date: 7 November 2016 21:43

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 3.1.1-ci yarımbəndi ləğv edilir.

Qeyd edək ki, 3.1-ci bəndin həmin yarımbənddə deyilirdi:

"3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:

3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;"


Tags:  Aksiz markası markalanmalı malların dövriyyəsinin tənzimlənməsi Qaydalarında dəyişiklik edildi

RƏYLƏR


Top news