Azərbaycanlı teleaparıcı uğursuz ailə həyatından danışdı: "1 il ailəli olduq, amma..." - FOTO

Azərbaycanlı teleaparıcı uğursuz ailə həyatından danışdı: "1 il ailəli olduq, amma..." - FOTO
21:57 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Murad Əzimzadənin Milli.Az-a müsahibəsi

- Murad, yeni mövsümdən artıq ATV telekanalında çalışırsınız. ANS-də çalışarkən heç ATV ilə əməkdaşlığınız olmuşdu?

- Əvvəla bunu deyim ki, ATV-yə gəlişim ANS bağlandı deyə olmadı. Əslində, hər şey uzun illərə gedib çıxır. Mən ilk dəfə bu telekanala 2010-cu ildə gəlmişəm. Bundan əlavə bir neçə dəfə də çalışmaq üçün ATV-yə gəlmişdim. 2016-cı ilin yanvar ayında da ATV telekanalı ilə bir görüşümüz olmuşdu. Həmin an nəsə layihə ola bilərdi, amma iş elə gətirdi ki, sadəcə olaraq, alınmadı. İyul ayında ANS bağlandı və bir daha ATV telekanalı ilə görüşəsi oldum. Bu görüşümüz daha səmərəli görüş kimi yadda qaldı. ATV də çalışıram və buna görə də çox razıyam. Kariyeramı bu telekanalda davam etdirdiyim üçün çox məmnunam.

- Adətən teleaparıcılar köhnə iş yerləri haqda danışmağı sevmirlər. Nədənsə bunu sizdə görmədim... Həmişə ATV-ANS qarşıdurmasında neytral mövqe tutdunuz.

- Ümumiyyətlə, mən yalan olan nəyisə danışmıram. İstər ANS, istərsə də ATV-yə gəlişimlə bağlı. Mən bu gün ATV-dəyəmsə, ANS-lə bağlı şişirdilmiş bir nəsə desəm, təbii ki, bu, mənə yaraşmaz. Hər şeydən əvvəl mənim şəxsiyyətim və xarakterim var, bu hal mənə yaddır. Sadəcə olaraq, ANS-də çalışdığım zaman şərtlər məni qane edib, qane etməyəndə də mən öz narazılığımı açıq-aşkar bildirmişəm. Mən hər bir telekanalda Murad Əzimzadə kimi çalışıram. ATV də əla yaradıcı mühit var, layihəmiz maraqla qarşılanır. Bir sözlə, ATV-də perspektiv görürəm. "ATV Kulis" verilişinin layihə rəhbəri və aparıcısıyam. Komanda şəkilində bir-birimizi başa düşürük. Düşünürəm ki, başlanğıc üçün "ATV Kulis" yaxşıdır, davamında isə daha çox fikirlərim var.

- "ATV Kulis" layihəsinin ideyası sizindir? Bu layihə kimi, yəqin ki, "kulisdə nələr baş verir?" deyə özünüzə maraqlı idi.

- "ATV-Kulis" şou xarakterli layihədir. Mən 3 il tam başqa formatda efirdə olmuşam. Təkcə Lider TV-də sırf şou aparıcısı idim. Bir sözlə, şou mənə yad deyil (gülür). Müzakirə əsnasında belə razılaşdıq ki, "ATV kulis" layihəsini etmək lazımdır. Çünki ATV də istər seriallar, istərsə də verilişlərin sayı çoxdur. Kadr arxasında görün nə qədər insanlar iş görür... Bu insanları da göstərmək lazımdır.

- ATV-yə gələrkən hansısa yad münasibətlə qarşılaşdınızmı?

- Xeyr, qətiyyən. Təbii ki, ola da bilməzdi. Biz televiziya adamlarıyıq və bu cür mədəniyyət çərçivəsindən etik olan hərəkətlərdən çox uzaqdayıq. ATV-nin aparıcıları çox mədəniyyətlidirlər, ucuz insan deyillər. Qətiyyən qısqanclıq hiss etmirəm. Bir-iki dəfə öz haqqımda "hansı Murad? O təzə gələn oğlan?" sözlərini də eşitmişəm (gülür).

- Sizin kifayət qədər televiziya təcrübəniz var. Bu kimi sözlər sizdə həmin insanlara qarşı qıcıq yaratmırdı?

- Mən bu sözü "ATV-yə təzə gələn oğlan" kimi qəbul etdim (gülür). ATV-nin aparıcıları çox məşhurdurlar, xalq tərəfindən çox sevilirlər. Bu da kanalın baxımlı olması ilə əlaqədardır. Mən düşünmürəm onlar məni tanımırlar, heç olmasa bir dəfə də olsa səsimi eşidib, verilişimi görüblər. Desəydilər ki, biz səni tanımırıq, bu, qeyri-səmimilik olardı.

- Əslində, Murad üçün çox məşhur olmaq o qədərmi vacibdir?

- Tanınmaq mənim işimin bir parçasıdır. Amma işimi mən tanınım deyə etmirəm. Mən yaradıcı adamam, təqdimetmə aparıcısı deyiləm. Yeri gələndə redaktor, operator, dekoratır ola bilərəm. Televiziyaya bu cür yanaşıram. Tanınmaq da xoşuma gəlir. Tanınırıqsa, deməli, bizim gördüyümüz iş hədəfə vurub.

- Bildiyim qədəriylə İncəsənət Universitetini bitirmisiz. Nə səbəbə hansısa film və seriallarda çəkilməmisiz?

- İncəsənət universitetinin Kinorejissorluq fakültəsini, Tofiq İsmayılov və Yalçın Əfəndiyevin kursunu bitirmişəm. Mənim üçün yaradıcılıq çərçivəyə sığmır. İnsan bacarıdığı işi görəndə bu, daha gözəl olur. Reklam, kastinq və s. hamısında iştirak etmişəm. İstəyərəm ki, özümü aktyor kimi də sınayım.

- Necə bir rolda özünüzü sınamaq istərdiniz?

- Film rejissoru olsaydım, özümə mənfi rol verərdim. Xəyanətkar insan obrazını oynamaq istərdim. Əslində, xəyanətkar deyiləm, hətta öz geyimlərimə və ətirimə belə xəyanət etməyən insanam. Özümü çox komik rolda da görürəm. Hamı mənə deyir ki, çox ciddisən. Amma mənim içimdə heç kəsin görə bilmədiyi dəhşətli dərəcədə yumor var. Mən bu yumordan yalnız çəkiliş vaxtı studiyamda istifadə edirəm (gülür).

- Həyatda kimdənsə xəyanət görmüsüz?

- Əlbəttə ki. Əgər insan varsa, xəyanət də, sadiqliq də var. Müxtəlif adamlardan xəyanət görmüşəm. Mən, amma heç kimə xəyanət edə bilmirəm.

- Bu xəyanət özəl həyatınızla bağlıdır?

- Mən elə kişi deyiləm ki, qadınlar mənə xəyanət etsin. Əgər qadın xəyanət edirsə, o kişinin günahıdır. Deməli, o kişi qadını xəyanət edəcək həddə çatdırıb. Əslində, normal qadın xəyanət etməz. Qadın qulaqdan sevir. Demək, kişi qadının qulağına yaxşı nələrsə pıçıldamayıb. Kimsə mənə xəyanət edirsə, ondan uzaqlaşıram.

- Bəlkə də xanımlar bu müsahibədən sonra sizə haqq qazandıracaqlar.

- Mən bu sözləri qadınlara xoş görünmək üçün demirəm. Bu həyatda qadınlara, qızlara xoş gəlsin deyə yaşamıram.

- Təklikdən qorxmursunuz?

- Mənə bu sualla müraciət edən insanlar daha çox Facebook sosial şəbəkəmdən qaynaqlanırlar. Sosial şəbəkələrdə bir az bu mövzuda paylaşımlarım çox olur. Əslində, bu, bir eksperimentdir. Televiziyada işləyənlər heç vaxt özünü tək hiss etmir. Çünki iş çox olur, fikirləşməyə belə vaxt qalmır. Amma yenə də insanın şəxsi həyatının olması yaxşıdır. 27 yaşım var, hələ də təkəm. Həyatımda heç kimsə yoxdur. Etiraf edim ki, bəzən yoruluram.

- Ümumiyyətlə, heç kəs olmayıb həyatınızda?

- Əlbəttə ki, olub. 3 ilə yaxındır ki, təkəm. Ailə həyatım uğursuz oldu. 1 il 4 ay ailəli olmuşam. Mən münasibətimi danan insan olmamışam. Məşhurluğa görə bəziləri münasibətini danır. Mənim şəxsi həyatım məşhurluğumdan daha önəmlidir. Münasibət qurmaq, ailə qurmaq, onu ayaqda saxlamaq olduqca ciddilik təşkil edir. Mən hər şeyi ürəkdən yaşayıram. Buna görə də həmişə depressiyadayam.

- Sevib ailə qurmamışdınız?

- Mən ailəcanlı insanam. 25 yaşından sonra seriallardakı eşq, məhəbbət səndən uzaqlaşır, sən daha çox real sevgi axtarışında olursan. Bu yaşda istərdim ki, ata olum. Cavan, gənc ata olmaq maraqlı olardı. Təbii ki, ailə həyatı qurmaq istəyirəm. Mən çox utancaq adamam, ola bilsin ki, bir qız xoşuma gəlsin, amma ona deyə bilmərəm ki, səndən xoşum gəlir. Qorxuram ki, sərt reaksiya verər. Ona görə də qarşımdakı insana heç vaxt etiraf edə bilmirəm. İstəyirəm ki, həmişə ilk addım qarşı tərəfdən gəlsin.

- Tanınmış biri ailə ilə həyatı qurarsınız?

- Sevgi tanınmağa, tanınmamağa baxmır. Tanınmış adam ola bilər, adi insan da. Bundan əlavə, ailə məsuliyyəti də var. İstərdim ki, o qədər də məşhur olmasın. Amma mənə elə gəlir ki, məşhur olsa da, problem olmaz, çünki mən özümə inanıram.

- Müsahibədən öncə olan qeyri-rəsmi söhbətdən bildim ki, aparıcı Turan İbrahimovun yaxın qohumusuz. Bir sözlə, öz qohumunuzla rəqibsiz...

- Bəli, Turanla dayı oğlu, bibi oğluyuq. Mənim doğma qardaşım yoxdur. Turanı özümə qardaş bilirəm. Turanla mən bir-birimizə çox oxşayırıq. İkimiz də konkret insanıq, məsuliyyətliyik. Düşünürəm ki, biz bir-birimizlə rəqabət yox, həmişə fəxr edəcəyik.

Əli Rəhimoğlu
Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ronaldu: "Barselona xəbərlərindən sarsılmışam"

18 Avqust 2017 08:52

Ronaldo Barselona terrorundan yazdı - Foto

18 Avqust 2017 08:43

"Tin uşaqları" bakılıları əyləndirəcəklər

18 Avqust 2017 08:23

Məktəbli forması seçərkən diqqətli olun - VİDEO

18 Avqust 2017 08:03

Neftçalada avtomobil 65 yaşlı kişini vurub

18 Avqust 2017 07:52

Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub

18 Avqust 2017 07:47

Tramp Barselonada törədilən terror aktı ilə bağlı KÖMƏK TƏKLİF ETDİ

18 Avqust 2017 07:33

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

18 Avqust 2017 07:17

İspaniyada yaralanmış 5-ci terrorçu da öldü

18 Avqust 2017 07:09

Mineral su içməyin faydaları

18 Avqust 2017 07:03

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 06:38

Barselonadakı terrorçu sürücü hələ də azadlıqdadır

18 Avqust 2017 06:34

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü tapılmayıb

18 Avqust 2017 06:32

Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

18 Avqust 2017 06:07

Taxtadan bikini, radiolu şapka... - insanlara heç bir faydası olmayan 15 ANLAMSIZ KƏŞF

18 Avqust 2017 06:03

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada

18 Avqust 2017 05:49

"Dembele və Koutinyonu transfer etməyə yaxınıq" - "Barselona" rəsmisi

18 Avqust 2017 05:33

Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO

18 Avqust 2017 05:03

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

18 Avqust 2017 04:52

Barselonada 18 ölkədən azı 100 nəfər yaralanıb

18 Avqust 2017 04:34

12 yaşlı oğlan yol qəzasının qurbanı oldu

18 Avqust 2017 04:33

Avropa Liqası: "Fənərbaxça" uduzdu

18 Avqust 2017 04:29

Sinəsi açılan aktrisa pis vəziyyətə düşdü - FOTOLAR

18 Avqust 2017 04:03

Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşları xəsarət alıb

18 Avqust 2017 04:02

İspaniyada iki partlayış: ölən və yaralananlar var

18 Avqust 2017 03:49

İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

18 Avqust 2017 03:47

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

18 Avqust 2017 03:33

Barselonada atışma zamanı 2 polis yaralandı

18 Avqust 2017 03:29

Bakıda toy mərasimində qohumlar arasında dava olub: xəsarət alan var

18 Avqust 2017 03:12

Bu ilin ən yaxşı baş məşqçisi Londonda açıqlanacaq

18 Avqust 2017 03:03

Neqativ emosiyaların mənfi qarşılanması psixi sağlamlığın pozulmasına səbəb olur

18 Avqust 2017 02:33

Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

18 Avqust 2017 02:22

Sabirabadda bıçaqlanma

18 Avqust 2017 02:19

Barselonada şübhəli bilinən terrorçulardan biri məhv edilib

18 Avqust 2017 02:10

Qalaaltı sanatoriyasına gələn turistlərin sayı 40 FAİZ ARTIB

18 Avqust 2017 02:03

Neftçala sakinindən narkotik vasitələr götürüldü

18 Avqust 2017 01:59

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

18 Avqust 2017 01:38

Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq

18 Avqust 2017 01:37

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28

“Tavriya”nın vurduğu uşaq öldü

18 Avqust 2017 00:19