Xəstəliklərdən çayla xilas olun

Xəstəliklərdən çayla xilas olun
22:06 7 Noyabr 2016
269 Şou
Ölkə mətbuatı
A- A+

Bitkilərin orqanizmə təsiri əvəzolunmazdır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəs görəsən hansı çay hansı xəstəliyə müsbət təsir göstərir?
 
Cökə:

Soyuqlama və qripə qarşı ən çox istifadə olunan bitkidir. Öskürəyə də kömək edir. Bununla yanaşı qəbizliyin qarşısını almaqda də təsirlidir.

Razyana:

Həzmi asanlaşdırır, köpü aradan götürür, süd artırıcı təsirə malikdir.

Cirə:

Köpü aradan qaldırır, həzmi asanlaşdırır və sakitləşdirir. Süd verən analar üçün xüsusilə xeyirlidir.

Çobanyastığı:
 
Yuxusuzluğa yaxşı təsir göstərən bir bitkidir. Rahatlaşdırıcı təsiri var. Uşaqlara 6 aydan sonra həkim məsləhəti ilə gündə 1-2 dəfə yarım fincan verilə bilər. Ancaq bəzi çobanyastığı növlərinin zəhərli olduğu unudulmamalıdır.

Nanə:

Ağrını aradan qaldırır, ürək bulanması və qusma zamanı faydalıdır. Limonla birgə istifadə olunan çay 6 yaşdan yuxarı uşaqlara verilə bilər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR