Ərəb turist “Tarqovı”da öldü

Ərəb turist “Tarqovı”da öldü
22:18 7 Noyabr 2016
237 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.

Publika.az-ın lent.az-a istinadən verdiyi məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – "Tarqovı” məhəlləsi adlanan yerdə baş verib.

BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb.

Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.

Ölüm faktı ilə bağlı araşdırma aparılır. A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR