Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Şamla saç kəsən bərbər

Şamla saç kəsən bərbər

Date: 7 November 2016 22:32

Hindistanda bir bərbər hər kəsin marağına səbəb olub. Bu şəxs saçı nə qayçı, nə qılınc, nə də  xüsusi aparatla kəsir.  O, yanan şamla müştərilərin saçına istədikləri düzümünü verə bilir.

Milli.Az ATV.az-a istinadən bildirir ki, Hindistanın Karnataka ştatında yaşayan bərbər qeyri-adi saç kəsmək metodu ilə müştərilərin diqqətini cəlb edir. Həmkarları son model saç kəsən maşınlardan, ən azı qayçıdan istifadə etsələr də, Dasarat Kumar yanan şamla saç kəsir.

Müştərinin saçına od vuran 28 yaşlı bərbər kifayət qədər çətin olsa da, onların saç düzümünü peşəkarlıqla qaydasına salır. Yanan saçın qoxusu istisna olmaqla, müştərilər bu bərbərxanadan çox razıdır.

6 ildir bərbərlik edən Dasarat deyir ki, "bir dəfə müştərinin saçını kəsəndə işıqlar sönüb. Saç kəsən maşından istifadə edə bilmədiyimdən, işə şamla davam etməli oldum". Daha sonra şamla saç kəsməkdə püxtələşən bərbər, sənətini bu cür davam etdirmək qərarına gəlib.

Onun işlədiyi salonda yanan saç qoxusu ətrafı bürüsə də,  Dasarat Kumara müraciət edən müştərilərin sayı çoxdur.

Milli.Az


Tags:  Şamla saç kəsən bərbər

RƏYLƏR


Top news