Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio
işçilərinə fəxri adların verilməsi haqqında sərəncam
imzalayıb.
Axşam.az-ın məlumatına görə, "əməkdar mədəniyyət işçisi" adına
layiq görülən ATV-nin aparıcısı Zaur Baxşəliyev təəssüratlarını
bölüşüb:
"Ölkə başçımıza, cənab prezidentə xüsusi təşəkkür edirəm. Biz
aparıcılara, televiziya işçilərinə göstərdiyi diqqətə, verdiyi
mükafata görə təşəkkürlər. Çox qürurverici haldır, sevincliyəm. Həm
öz, həm də həmkarlarım adından deyirəm, çox sağ olun, zəhmətimizi
dəyərləndirdiniz".