Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaz partlayışı nəticəsində bir nəfərin öldüyü evdə yenidən partlayış olub

Qaz partlayışı nəticəsində bir nəfərin öldüyü evdə yenidən partlayış olub

Date: 7 November 2016 22:42

Samuxda yaşayış evində partlayış olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 20:00 radələrində rayonun Aşağı Ağasıbəyli kəndində Naçar İsmayılova məxsus evdə qeydə alınıb.

Partlayış zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.
 
Qeyd edək ki, bu ilin oktyabr 21-də sözü gedən evdə partlayış olmuşdu. Ev sahibi 1961-ci il təvəllüdlü Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş vermişdi. Hadisə zamaı N. Ismayılov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Zemfira İsmayılova yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına, oradan isə paytaxtda aidiyyatı üzrə xəstəxanaya göndərilmişdi. Tibbi yardımlara baxmayaraq Z. İsmayılova dünyasını dəyişmişdir.
 
Bu gün baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Milli.Az


Tags:  Qaz partlayışı nəticəsində nəfərin öldüyü evdə yenidən partlayış olub

RƏYLƏR


Top news