Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvilinin həyat yoldaşı deputat mandatından imtina edib

Saakaşvilinin həyat yoldaşı deputat mandatından imtina edib

Date: 7 November 2016 22:52

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı, "Vahid Milli Hərəkat" partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-dan verilən məlumata görə, Sandra Rulofs proporsional siyahı üzrə deputat seçilmişdi. O, "Vahid Milli Hərəkat" partiyasının proporsional siyahısında ikinci olub.

MSK S.Rulofsu deputat mandatından məhrum edə bilməz. Bu barədə qərar parlamentdə qəbul edilməlidir. MSK S.Rulofsun yerinə mandat əldə edə biləcək şəxsi - partiya siyahısında 28-ci olan Georgi Qviniaşvilini parlamentə təklif edəcək.

"Vahid Milli Hərəkat" partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı qazanmışdı.

Milli.Az


Tags:  Saakaşvilinin həyat yoldaşı deputat mandatından imtina edib

RƏYLƏR


Top news