Sahibəsinə vəfalı pişik milyonları kövrəltdi - FOTO

Sahibəsinə vəfalı pişik milyonları kövrəltdi - FOTO
22:58 7 Noyabr 2016
308 Maraqlı
Ölkə mətbuatı
A- A+

Artıq bir ildir ki, bu pişiyin sahibəsi vəfat edib. Lakin vəfalı pişik sahibəsinin məzarını tərk etmir.

Milli.Az BoredPanda-ya istinadən bildirir ki, İndoneziyanın Mərkəzi Yava əyalətində dəfn olunmuş qoca qadının məzarının yanındakı pişiyi 28 yaşlı Keli Keniqau Praytno görüb. O, pişiyin sahibsiz olduğunu düşünüb və evinə aparıb.

Lakin ertəsi gün pişik yenə məzarlığa yollanıb, sahibəsinin qəbrinin sinədaşında oturub.

Vəfalı pişiyin fotolarını Facebook-da paylaşan Kelinin dediyinə görə, bu canlı sosial şəbəkələrin ulduzuna çevrilib.
Həmin fotolarını indiyədək 24,4 milyon insan paylaşıb.

Pişik qəbristanlığı yalnız mərhum sahibəsinin evində yemək üçün tərk edir.

Mütəxəssislərin dediklərinə görə, pişiklər müştəbeh və laqeyd heyvan təsiri bağışlasalar da, onlar sahiblərinə çox bağlıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/175099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR