Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Morata: "Müntəzəm fərqlənən ehtiyat oyunçu olmaqdan bezmişəm"

Morata: "Müntəzəm fərqlənən ehtiyat oyunçu olmaqdan bezmişəm"

Date: 7 November 2016 23:17

"Real Madrid"in cari mövsümdəki bombardiri Alvaro Morata "Leganes"lə oyunda (0:3) da fərqlənməyi bacarıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu matçdan sonra bunları deyib:

"Mən müntəzəm fərqlənən ehtiyat oyunçu olmaqdan bezmişəm. Oyun vaxtımın azlığı, meydana çıxmayanda özümü necə hiss etməyim barədə suallar məni yorub. "Real"da olmaqdan şadam. Ronaldo elə qol maşınıdır ki, 1 oyunda 5 dəfə fərqlənə bilər. O, mənə görə dünyada ən yaxşı futbolçudur. Madrid derbisi çətin olacaq. Amma biz güclüyük və uğurlu nəticəyə ümid edirik".

Milli.Az


Tags:  Morata Müntəzəm fərqlənən ehtiyat oyunçu olmaqdan bezmişəm

RƏYLƏR


Top news