Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

30 yaşlı qadın intihara cəhd etdi - Gəncədə

30 yaşlı qadın intihara cəhd etdi - Gəncədə

Date: 7 November 2016 23:34

Gəncədə 30 yaşlı qadın kimyəvi maddə qəbul edərək özünü öldürmək istəyib.

 

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhəri, Məshəti qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musazadə Elnadə  kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta- ağır olduğu bildirilir. Məlumata görə, Musazadə Elnadə ailə münaqişəsi zəminində intihar etmək məqsədilə kimyəvi maddə qəbul edib.

 

Faktla bağlı araşdırma aparılır.


Tags:  yaşlı qadın intihara cəhd etdi Gəncədə


RƏYLƏR


Top news