"Yuventus"un daha bir futbolçusu İtaliya millisindən kənarda qaldı

"Yuventus"un daha bir futbolçusu İtaliya millisindən kənarda qaldı
23:52 7 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

Andrea Bardzalidən sonra "Yuventus"un daha bir futbolçusu da zədə səbəbindən İtaliya millisinin heyətindən çıxarılıb. Söhbət Klaudio Markiziodan gedir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dizində problemləri olan yarımmüdafiəçini millidə Roberto Qalyardini əvəzləyəcək. 22 yaşlı havbek "Atalanta"nın şərəfini qoruyur. "Scuadra Azzurra"nın baş məşqçisi Campiero Ventura müdafiəçilərdən hər hansı birinin zədələnməsi ehtimalını nəzərə alıb "Genoa"dan Armando Nitsonu da 23 nəfərlik heyətə daxil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR