Xəstəliklərdən çayla xilas olun

Xəstəliklərdən çayla xilas olun
23:57 7 Noyabr 2016
273 Ölkə
Ölkə mətbuatı
A- A+

Bitkilərin orqanizmə təsiri əvəzolunmazdır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bəs görəsən hansı çay hansı xəstəliyə müsbət təsir göstərir?

Cökə: 

Soyuqlama və qripə qarşı ən çox istifadə olunan bitkidir. Öskürəyə də kömək edir. Bununla yanaşı qəbizliyin qarşısını almaqda də təsirlidir. 

Razyana: 

Həzmi asanlaşdırır, köpü aradan götürür, süd artırıcı təsirə malikdir. 

Cirə: 

Köpü aradan qaldırır, həzmi asanlaşdırır və sakitləşdirir. Süd verən analar üçün xüsusilə xeyirlidir. 

Çobanyastığı:
 
Yuxusuzluğa yaxşı təsir göstərən bir bitkidir. Rahatlaşdırıcı təsiri var. Uşaqlara 6 aydan sonra həkim məsləhəti ilə gündə 1-2 dəfə yarım fincan verilə bilər. Ancaq bəzi çobanyastığı növlərinin zəhərli olduğu unudulmamalıdır.

Nanə: 

Ağrını aradan qaldırır, ürək bulanması və qusma zamanı faydalıdır. Limonla birgə istifadə olunan çay 6 yaşdan yuxarı uşaqlara verilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/487283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR