Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ" Madrid "Real"ına meydan oxuyur - SİYAHI

"Qəbələ" Madrid "Real"ına meydan oxuyur -   SİYAHI

Date: 8 November 2016 00:07

"İnter"in XI turda "Neftçi"yə məğlubiyyətindən sonra Premyer Liqada uduzmayan bir komanda qalıb. Fanat.Az xəbər verir ki, məğlubiyyət acısı yaşamayan "Qəbələ" 11 matçdan 7-də qələbə qazanıb və 4-də yenilib.

Avropada cari mövsüm 11 və daha artıq oyunda uduzmayan 11 komanda var. Bu siyahıda ilk pilləni Danimarkanın "Kopenhagen" klubu tutur. Onlar 16 turu arxada qalan mövsümdə məğlubiyyət acısı yaşamayıb.

Növbəti pillədə 15 turda uduzmayan Xorvatiya "Rieka"sı qərarlaşıb. 3-5-ci pillələri tutun Uelsin TNS, Ukraynanın "Şaxtyor" və İsveçrənin "Bazel" klublarının aktivində 14, 6-7-ci yerlərdə qərarlaşan Bolqarıstan "Levski"si və Makedoniya "Vardar"ının aktivində 13 məğlubiyyətsiz oyun var.

"Qəbələ" İspaniyanın "Real", Şotlandiyanın "Seltik" və İngiltərənin "Tottenhem" klubları ilə 8-11-ci pillələri bölüşür. Bu klublar 11 turda məğlubiyyət acısı yaşamayıb.

Klub (ölkə)

O

Q

H/H

1

Kopenhagen (Danimarka)

16

11

5

2

Rieka (Xorvatiya)

15

13

2

3

TNS (Uels)

14

14

0

4

Şaxtyor (Ukrayna)

14

12

2

5

Bazel (İsveçrə)

14

12

2

6

Levski (Bolqarıstan)

13

9

4

7

Vardar (Makedoniya)

13

9

4

8

Seltik (Şotlandiya)

11

10

1

9

Real (İspaniya)

11

8

3

10

Qəbələ (Azərbaycan)

11

7

4

11

Tottenhem (İngiltərə)

11

5

6


Fanat.Az

Tags:  Qəbələ Madrid Realına meydan oxuyur SİYAHI


RƏYLƏR


Top news