Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Neftçi" - "İnter" oyununa görə 3 hakim cəzalanacaq - AÇIQLAMA

"Neftçi" - "İnter" oyununa görə 3 hakim cəzalanacaq -   AÇIQLAMA

Date: 8 November 2016 00:47

Premyer Liqanın XI turunda "Neftçi" və "İnter" arasındakı oyun zamanı yanlış penalti qərarı ilə əlaqədar 3 hakim cəzalanacaq. 


AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun "Report"a verdiyi məlumata görə, bunlar baş hakim Rəvan Həmzəzadə, yan xətt hakimi Elman Musayev və əlavə köməkçi hakim Rauf Cabbarovdu. 


X.Məmmədov bildirib ki, istənilən halda həmin epizodda baş hakimə laynsman E.Musayev kömək etməli idi: "Orada penaltidən söhbət gedə bilməz. Bu, hakimlərin kobud səhvidi. Uzun ötürmə olduğu üçün baş hakim epizoddan uzaq qaldı. Qayda pozuntusunun cərimə meydançasından içəridə, yoxsa çöldə olduğunu dəqiq görə bilmədi. Bu səbəbdən, cərimə zərbəsi təyin etdi. Ancaq bundan sonra köməkçilərdən ona qayda pozuntusunun içəridə olduğunu bildiriblər. Nəticədə Həmzəzadə penalti təyin edib. Təəssüf ki, ona nə həmin qapıya yaxın olan əlavə köməkçi hakim Rəhim Həsənov, nə də yan xətt hakimi Elman Musayev məlumat verib. Bildiriş isə uzaq qapıdakı əlavə köməkçi hakim Rauf Cabbarovdan gəlib. UEFA-nın belə bir tövsiyyəsi var: Vertikal xətdə dayanan hakim pozuntunun içəridə və ya kənarda olduğunu gördükdə kömək edə bilər. Amma qayda pozuntusu cərimə meydançasının önündə baş verdiyindən, Cabbarovun müdaxiləsi kobud səhvdi. Birmənalı olaraq yan xətt hakimi ona kömək etməli idi. Çünki qayda pozuntusunun içəridə, yoxsa çöldə olduğunu yalnız laynsman deyə bilərdi". 


Komitə sədrinin fikrincə, R.Həmzəzadə həmin ana qədər çox gözəl idarəçilik edib. Lakin o epizoddan sonra gərginlik artıb: "Nəzərinizə çatdırım ki, iki tur əvvəl "Qəbələ" və "İnter" komandaları arasında baş tutmuş görüşü də Həmzəzadə çox gözəl idarə etmişdi. Amma "Neftçi"nin lehinə verdiyi penalti qərarı kobud səhvdi. Bu səhvə yol verən insanlar cəzalanacaq. Qərar kodeksə uyğun olacaq. Bütün məsuliyyəti daşıyan Rəvan Həmzəzadə, yan xətt hakimi Elman Musayev və əlavə köməkçi hakim Rauf Cabbarov cəzalanacaqlar".


Qeyd edək ki, yanlış penalti qərarı "Neftçi" - "İnter" matçının 61-ci dəqiqəsində verilib. Meydan sahiblərinin hücumu zamanı qonaq komandanın gürcüstanlı müdafiəçisi Zurab Xizanişvili Cavid İmamverdiyevlə mübarizədə cərimə meydançasından kənarda əllə oynayıb. Lakin baş hakim Rəvan Həmzəzadə qulaqcığına "penalti" deyildikdən sonra "ağ nöqtə"ni göstərib. Nəticədə "Neftçi"nin kapitanı Araz Abdullayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 


Fanat.Az


Tags:  Neftçi İnter oyununa hakim cəzalanacaq AÇIQLAMA


RƏYLƏR


Top news