Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“London taksisi” 74 yaşlı kişini vurub öldürdü

“London taksisi” 74 yaşlı kişini vurub öldürdü

Date: 8 November 2016 03:14

Sumqayıt şəhərinin girişində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, TX4 markalı (London Taksi) avtomobil yolunu qadağan olunmuş yerdən keçmək istəyən 74 yaşlı Şahin Museyib oğlu Hüseyxanovu vurub. Nəticədə yaşlı piyada ağır xəsarətlər alıb.

 

Taksi sürücüsü həyəcanlandığından, yaralı piyadanı hadisə yerinin 3-4 kilometrliyindəki Sumqayıt xəstəxanasına yox, Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb. Xəstəxanada ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, Şahin Hüseynxanovun həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən taksi sürücüsü saxlanılıb.


Tags:  London taksisi 74 yaşlı kişini vurub öldürdü



RƏYLƏR


Top news