Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bina rəhbərliyi sakinlərin hüququnu pozur - ANTENA QADAĞASI (VİDEO)

Bina rəhbərliyi sakinlərin hüququnu pozur - ANTENA QADAĞASI (VİDEO)

Date: 8 November 2016 05:13

Buna səbəb şəhərcik rəhbərliyinin onların bu hüququnu məhdudlaşdırmasıdır. Belə ki şəhərcik rəhbərliyi özlərinin quraşdırdığı antenalar vasitəsi ilə sakinlərə müəyyən paket təqdim edir. Bu azmış kimi nə çanaq quraşdırmağa imkan verir, nə də alternativ şirkətlərin binaya xidmət göstərməsinə imkan verir.

Bakı və Abşeron yarımadasında inşa edilən bəzi şəhərciklərdə sakinlər televiya kanallarının baxmaqda seçim imkanından məhrumdu. çünki şəhərcik rəhbərliyi buna icazə vermir.

Milli Televiziya və Radio Şurasının şöbə müdiri İsa Məmmədov bildirir ki, bu cür yayım tamamilə qanunsuzdur. İsa Məmmədov yaşayış şəhərciklərində insanların kabel televiziyasına çıxışının məhdudlaşdırılmasını da qanunsuz hesab edir.

Milli Televiziya və Radio Şurasının rəsmisi bildirir ki, belə halla qarşılaşan vətəndaşlar məhkəməyə müraciət etməklə informasiya azadlığını təmin edə bilərlər. İsa Məmmədov bildirir ki, vətəndaşların keyfiyyətli və çoxseçimli televiziya yayımı əldə etməsi üçün hər bir binada kollektiv antena şəbəkəsi olmalıdır.

İsa Məmmədovun fikrincə kollektiv antenaların quraşdırılması üçün Mənzil-İstismar Sahələri, eləcə bina rəhbərlikləri aktiv rol oynayaraq bu problemi qısa zamanda həll edə bilərlər.


Tags:  Bina rəhbərliyi sakinlərin hüququnu pozur ANTENA QADAĞASI VİDEO

RƏYLƏR


Top news