Tikinti obyektləri ilə bağlı YENİ TƏLƏBLƏR (VİDEO)

Tikinti obyektləri ilə bağlı YENİ TƏLƏBLƏR (VİDEO)
06:13 8 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda çoxmərtəbəli binalar tikiləndə ətrafında yaşıllıq zonası nadir hallarda olur. Yaşıllıq zonası bir yana hətta elə binalar varki əməli-başlı həyətyanı sahəsi yoxdur. Tikinti normalarının pozulmasından da ən çox sakinlər əziyyət çəkir. Bu məsələyə nəzarəti gücləndirmək üçün şəhərsalma və tikinti məcəlləsinə dəyişikliklər ediləcək.

Binalar tikilərkən nə yaşıllığa, nədəki həyətyanı sahənin genişliyinə fikir verilirdi. Kiçik bir ərazidə belə hündürmərtəbəli bina tikilərək vətəndaşlara satılırdı.

Paytaxt Bakıda yaşayış məntəqələri və binaları ətrafında yaşıllıqların sayının azalması aidiyyatı qurumları hərəkətə keçirib. Bununla bağlı Şəhərsalma və tikinti məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulub.

Noyabrın 11-də Milli Məclisdə plenar iclasda müzakirə ediləcək dəyişikliyə əsasən yaşayış binaları ətrafındakı yaşıllıqlar normalara uyğun olmalıdır. Yaşılıq normaları ilə yanaşı sıxlığa görə hər yerdə bina tikintisinə icaza verilməyəcək..

Yaşıllıq zonasında ağacların əkilməsi şərt deyil. Burada qazon, kol bitkilərinin, eləcə də güllərin olması kifayət edir.Yaşıllıq normalarının şəhərsalma və tikinti məcəlləsinə salınmasının böyük əhəmiyyəti var. Ən azından bu amil sonrada sözügedən prinsipinin pozulması zamanı ciddi tədbirlər görməyə əsas yaradacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR