Bakıda BMW yandı - FOTO

Bakıda BMW yandı - FOTO
07:42 8 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtomobillərdən biri zərbədən sonra alışıb.
 
Hadisə Yasamal Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb. Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil "Mazda" markalı maşına çırpılıb. Zərbədən sonra BMW alışıb.
 
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil isə yanğından mühafizə olunub.
 
Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı Namiq Zülfüqarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.
 
07.11.2016 
22:21

 
Bakıda yol qızası baş verib.
 
Mill.Az Fövqəladə Hallar Nazrliyinin saytına istinadən bildirir ki, Bakının Yasamal rayonunda "BMW" və "Mazda" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib.
 
Nəticədə "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR