Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü

Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü

Date: 8 November 2016 08:12

ABŞ-da İran əsilli iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərraba qarşı ittiham irəli sürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o İran hökuməti və şirkətlərinin lehinə irimiqyaslı sövdələşmələr həyata keçirməkdə şübhəli bilinir.
 
Rza Zərrab martda ABŞ-ın Mayami şəhərində həbs olunub. O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. Bütün ittihamları rədd edən Rza Zərrabın işi üzrə məhkəmə 2017-ci il, yanvarın 23-ə planlaşdırılıb.

Milli.Az


Tags:  Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü

RƏYLƏR


Top news