Donald Tramp “Twitter”dən uzaqlaşdırıldı

Donald Tramp “Twitter”dən uzaqlaşdırıldı
08:42 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkiyə qısa müddət qalmış "Twitter" sosial şəbəkəsindəki səhifəsini idarə etməkdən kənarlaşdırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu qərarı respublikaçı namizədin media üzrə müşavirləri qəbul edib.
 
Müşavirlər hesab edir ki, D. Trampın "tvit"ləri çox vaxt aqressiv olur və əks effekt verir. Məsələn, D. Trampın son "tvit"lərindən biri (prezident Obama haqqında) onun mətbuat katibi Houp Hiks tərəfindən redaktəyə məruz qalıb. "Niyə o, yeni iş yerləri yaratmaq və "ObamaCare" proqramını qaydaya salmaq yerinə seçki kampaniyası ilə məşğul olur? Amerika xalqı naminə öz işinizin başına dönün", - deyə D. Tramp yazıb. Bu "tvit"də "Amerika xalqı naminə" sözləri mətbuat katibi tərəfindən əlavə edilib.
 
Qeyd edək ki, prezident Barak Obama öz partiyadaşı Hillari Klintonun seçki kampaniyasında fəal iştirak edir.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/487134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR