Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sinayda 50-dən çox terrorçu məhv edildi

Sinayda 50-dən çox terrorçu məhv edildi

Date: 8 November 2016 08:42

Misir ordusu Sinay yarımadasında 50-dən çox İŞİD-ə yaxın "Ənsər Beyt əl-Makdis" qruplaşmasının silahlısı məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misir müdafiə nazirliyinin açıqlamasında bildirilib.
 
Məlumatda həmçinin 30-dək silahlının yaralandığı vurğulanır.  
 
"Terrorçuların Şeyx-əz-Zuveyd şəhəri yaxınlığında yerləşən hərbi blok-posta hazırladıqları hücumun qarşısı alınıb. Onların mövqeləri ağır artilleriya qurğularından şiddətli atəşə tutulub", məlumatda deyilir.
 
Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

Milli.Az


Tags:  Sinayda 50-dən çox terrorçu məhv edildi

RƏYLƏR


Top news