Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

10 milyon istifadəçi “Android”i iOS-a dəyişib

10 milyon istifadəçi “Android”i iOS-a dəyişib

Date: 8 November 2016 08:52

Son məlumatlara əsasən, ötən iki il ərzində "Move to iOS" əlavəsini 10 milyondan çox istifadəçi yükləyib.

İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, bu o deməkdir ki, məhz bu qədər istifadəçi "Android"i iOS əməliyyat sisteminə dəyişib.

"Google Play" xidmətindən olan tərtibatçıların sözlərinə görə, bu proqram məlumatları saxlamaqla əməliyyat sistemini tez bir zamanda dəyişməyə imkan verir. Bu yeniliyini yaradılmasına "Apple" şirkətindən olan tərtibatçılar cavabdehdir, onun işləməsi isə ancaq 4.0 versiyası və ondan yuxarı "Android" əməliyyat sistemlərində mümkündür.

"Move to iOS"un köməyi ilə "Android"dən iOS-a sevimli şəkilləri, əlaqələri, qeydləri və hətta bəyənilən əlavələri də köçürmək mümkün olacaq. Belə bir zəngin funksiyaların olmasına baxmayaraq, istifadəçilər bu proqramı mümkün 5 baldan cəmi 2,7 balla qiymətləndiriblər.

Milli.Az


Tags:  milyon istifadəçi Androidi iOS-a dəyişib


RƏYLƏR


Top news