Cazibəli, ancaq həlakedici ev

Cazibəli, ancaq həlakedici ev
08:57 8 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya - arzu və istək evidir. Uzun arzular... Çox təəssüf ki, bunlar insanın xam düşüncələrinin məhsuludur. İnsana həqiqətləri görməyə mane olur və o, bu arzulara çatmaq üçün çox sayda səhvlər işlədir.

Aqil insan həmişə çalışır ki, əldə edə bilməyəcəyi arzuları təsvir etməklə özünü əbədi səadətdən məhrum etməsin. Əsl məsuliyyətlərindən saxlamasın. Çünki ola bilsin ki, sabah gec olsun. Ona görə də heç bir zaman ömrünü bu puç arzuların ardınca getməyə sərf etmir. Bu arzular hətta əgər həyata keçsələr belə, çox məhdud olar. Çünki ölüm çatan kimi onların heç bir ləzzəti qalmaz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  ona görə də aqil insan bu qısa ömründə axirəti üçün çalışmalıdır. Ancaq bu yolla əbədi səadətə çata bilər. İmam Əli (ə) buyurur: "Agah olun! Elə indi arzular ruzigarındasınız ki, qabaqda ölüm gözləyir. Ona görə hər kim arzular əyyamında ölüm çatmamışdan əvvəl səhlənkarlıq edərsə, ziyankardır və ölümü də ziyan yüklüdür. O zaman ki, qorxu üzündən Allah üçün əməl edirsiniz, xoş günlərinizdə də əməl edin. Agah olun! Köçmək üçün əmr edilmisiniz. Axirət azuqəsi toplamaq üçün hidayət olunmusunuz. Sizin üçün qorxduğum ən dəhşətli şey - havapərəstlik və uzun arzulardır. Ona görə də bu dünyadan azuqə yığın ki, sabah onunla özünüzü hifz edəsiniz".
Allah tərəfindən möminlərə göndərilən imtahanlar - insanı Allah yoluna tərəf istiqamətləndirən sürücüdür. Ona görə də bütün İlahi təqdirlər bu ali hədəfə çatmağa qulluq edir.
Eyni zamanda insanın həyatında baş verən xoş və naxoş hadisələr, xeyir və şər onu bu yola hazırlayır və addımlarını möhkəmləndirir. İlahi imtahanın baş verməsi üçün gərək həm xoşluqlar olsun, həm də naxoş hadisələr baş versin. İnsanlar bir çox xoşluqlara göz yummalı və naxoş hadisələrə səbir etməlidirlər. Elə bu cür imtahana çəkilmiş olarlar.
 Imam Əli (ə) buyurur: "Heç bir insan bu dünyadan şad getməmişdir, məgər o halda ki, ardınca göz yaşı tökər. Heç bir insana fayda, xeyir və şad üzünü göstərməz, məgər o halda ki, ona dəyən ziyana görə arxa çevirər. Bu dünya ən az rifah yağışından yağdırmaz, məgər o halda ki, ona bəla yağışından yağdırmasın".
Dünya elə bir yerdir ki, insan daima əziyyət içindədir. Bu dünyada elə bir ləzzət yoxdur ki, asanlıqla əldə oluna bilsin. Hər bir mənfəət üçün əziyyət çəkmək lazımdır. Bu dünyada elə bir insan yoxdur ki, ruzigarın qəm-qüssəsi simasından görünməsin. Əsil rahatlıq axirətdədir. Ona görə də insan gərək onu əldə etmək üçün çalışsın. Heç bir zaman bu dünyanın aldadıcı bəzəklərinə qapılmasın. Əziyyətlərin çoxunu insan öz-özü üçün yaradır. Elə əziyyətlər vardır ki, onlardan qaçmaq olar. Ancaq insan öz ixtiyarı ilə onun müqəddiməsini hazırlayır. Ancaq bəziləri isə təbii əziyyətlərdir. Qocalıq kimi. Onu yaddan çıxartmaq lazım deyildir ki, bu imtahanlar insanı təkamülə çatdırmaq üçündür. Təbii əziyyətlər hamı üçün eynidir.
Belə ki, İmam Əli (ə) buyurur: "Dünyanı necə təsvir edim ki, əvvəli çətinlik və əziyyət və sonu - məhv olmaqdır? Dünyanın halalının hesabı və haramının əzabı vardır. O kəs ki, zəngindir - aldanar, o kəs ki, yoxsuldur - qəmgindir. O kəs ki, bəsirət gözü ilə ona baxar, ondan agah olar və o kəs ki, gözünü dünyaya dikər - qəlbini kor edər".
 Özümüzü bu dünyanın zahiri gözəllikləri ilə çox da məşğul etməyək, çünki bizi qarşıda daha böyük imtahanlar gözləyir. Bu imtahana hazırlıqsız getmək bizə ziyandan başqa bir şey gətirməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR