Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cəbhəyanı regionlar üzrə "Elektron hökumət" mövzusunda seminarlar yekunlaşıb

Cəbhəyanı regionlar üzrə "Elektron hökumət" mövzusunda seminarlar yekunlaşıb

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrə "Elektron hökumət" mövzusunda seminar keçirildi (02 Mart 2017 12:35)
Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək (02 Mart 2017 10:35)
Bakıda Aİ ilə elektron xidmətlər və elektron ticarətin inkişafı ilə bağlı "dəyirmi masa" keçirilib (14 Fevral 2017 19:37)

Tarix: 8 Noyabr 2016 09:35

Cəbhəyanı regionlarda yaşayan vətəndaşlar üçün 2016-ci ilin oktyabr-noyabr aylarında "Elektron hökumət" mövzusunda təşkil olunmuş seminarlar başa çatıb.

21-22 oktyabr tarixlərində Bərdə və Tərtər rayonlarında start verilən layihə, 4-5 noyabr tarixlərində Ağdam və Goranboyda keçirilən seminarlarla yekunlaşıb.

"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, Yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirak etdiyi seminarlara ümumilikdə 300-dən artıq yerli sakin qatılıb.

Seminarlarda şəffaf sosial münasibətlərin qurulmasında electron xidmətlərin rolundan danışılıb, vahid xidmət məkanı olan "Elektron hökumət" portalının fəaliyyəti və gələcək prioritetləri barədə məlumat verilib. Məlumat Hesablama Mərkəzinin mütəxəssisi portal vasitəsilə təqdim olunan 418 xidmət üzrə ən çox müraciət olunan xidmətlərdən danışıb.

Seminar zamanı müxtəlif məzmunlu arayışların elektron şəkildə əldə edilməsi əhali tərəfindən yüksək qiymətləndirilib. Portalın "Fikir Bankı", "Əks-Əlaqə" və "Onlayn Konsultasiya" kimi köməkçi funksiyaları barədə seminar iştirakçıları məlumatlandırılıb. 

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.











Teqlər:  Cəbhəyanı regionlar üzrə Elektron hökumət mövzusunda seminarlar yekunlaşıb



RƏYLƏR


Top xəbərlər