Millimizin oyununda fransalı hakimlər

Millimizin oyununda fransalı hakimlər
09:37 8 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. 


Fanat.Az xəbər verir ki, Belfast şəhərində yerləşən "Vindzor Park” stadionunda baş tutacaq qarşılaşmada fransalı hakimlər söz sahibi olacaqlar.

 

Baş hakimi Klement Turpinə həmyerliləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim isə Frank Şneyderdir.

 

2010-cu ildən FİFA hakimi olan 34 yaşlı fransalı beynəlxalq oyunlarda zəngin karyeraya malikdi. AVRO-2016-nın final mərhələsinə təyinat alan Turpin UEFA-nın ikinci kateqoriyalı hakimidi. Bu turnirdə Avstriya – Macarıstan (0:2), həmçinin yığmamızın rəqiblərinin iştirakı ilə baş tutan Şimali İrlandiya – Almaniya (0:1) qarşılaşmalarını idarə edib. Bundan başqa, bu il keçirilən Olimpiya Oyunları, həmçinin U-21 və U-19-ların qitə çempionatının final mərhələsində fit çalıb.

 

Xatırladaq ki, noyabrın 11-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-oyununda-fransal-hakimlr-t53989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR