2 futbolçu Şimali İrlandiya yığmasının heyətindən çıxarıldı

2 futbolçu Şimali İrlandiya yığmasının heyətindən çıxarıldı
09:42 8 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasında zədəli futbolçularla bağlı yekun qərar verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki oyunçu heyətdən kənarlaşdırılıb.

Bunlar yarımmüdafiəçi Styuart Dallas və hücumçu Ceymi Uorddur. İkincinin millimizlə görüşü buraxacağı öncədən bəlli idisə, Dallasla bağlı son qərar verilməmişdi. San-Marino ilə ötən ay keçirilən seçmə mərhələ oyununda zədələnən Dallas milliyə çağırılsa da, yenidən klubu "Lids"in düşərgəsinə qayıdıb. Baş məşqçi Maykl Onil 25 yaşlı hücumameyilli futbolçunu oynatmağın riskli olduğunu düşünüb və Dallas müalicəsini klubunda davam etdirəcək.
 
Maraqlıdır ki, məşqçilər korpusu heyətdən çıxarılan iki oyunçunun yerinə heç kimi çağırmayıb. Onil Azərbaycanla qarşılaşmaya 23 futbolçu ilə hazırlaşacaq.
 
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan görüşü noyabrın 11-də Belfast şəhərində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR