Dünya çempionunu qətlə yetirən şəxs Bakıya uçarkən yaxalandı - VİDEO

Dünya çempionunu qətlə yetirən şəxs Bakıya uçarkən yaxalandı -   VİDEO
09:47 8 Noyabr 2016
123 İdman
Ölkə mətbuatı
A- A+

Moskva polisi kikboks üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayılovun qətlinin üstünü isti izlərlə açıb.


Onlara bu işdə müşahidə kamerasından əldə olunan videoyazı kömək olub.


Kadrlarda xarici markalı maşının ticarət mərkəzinə tərəf gəldiyi müşahidə olunur. Avtomobili 33 yaşlı dağıstanlı idmançı özü idarə edib. Bir neçə dəqiqədən sonra avtomobilin salonunda olan digər kişi onu güllələyir. Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçır. O, Azərbaycana uçmağa hazırlaşarkən Şeremetyevo hava limanında saxlanılaraq təyyarədən endirilib.


İlkin araşdırmalara görə, hadisəni törədən şəxs də idmançı olub. Bu, onun 32 yaşlı dağıstanlı tanışı Marat Kuramaqomedovdur. Müəyyən edilib ki, Marat bir müddət əvvəl Cəbrayıla borc verib, lakin geri ala bilmədiyindən onu qətlə yetirmək qərarına gəlib.("Report")



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunya-cempionunu-qtl-yetirn-xs-bakya-ucarkn-yaxaland-t53990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR