IV İslam Həmrəyliyi oyunlarına hazırlıq müzakirə edildi

IV İslam Həmrəyliyi oyunlarına hazırlıq müzakirə edildi
09:53 8 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, iclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-nin baş katibi Faisal Abdulaziz Al-Nassar, İHİF-in 1-ci vitse-prezidenti, Əlaqələndirmə komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak ediblər.

İki gün davam edəcək iclasın ilk günündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə edilib.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR