"Mən bilmirəm, Xaçaturova zəng edin..."

"Mən bilmirəm, Xaçaturova zəng edin..."
09:57 8 Noyabr 2016
208 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Rusiyanın "Vesti 24" telekanalına müsahibəsində Bakının Qarabağ məsələsində kompromislərə və Dağlıq Qarabağa geniş muxtariyyət statusu verməyə hazır olduğunu bildirdi. Ermənistan tərəfi Dağlıq Qarabağın muxtariyyət statusunu indi və əvvəllər istisna etsə də  Azərbaycan prezidentinin bu bəyanatı ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən alqışlanıb. Amerikalı həmsədr Ceyms Uorlik həm Bakıda, həm İrəvanda bildirib ki, Əliyevin bəyanatı Dağlıq Qarabağın statusuna dair polemikaları başlatmaq baxımından olduqca mühümdür. Diplomat tərəfləri bu məsələyə dair ictimai müzakirələrə başlamağa çağırmışdı.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanda bu məsələ barədə ictimai müzakirələrə, deyəsən, start veriblər. Ancaq müzakirələr Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyətə malik olmasının qeyri-mümkünlüyü və bölgənin Ermənistana birləşdirilməli olduğu barədə gedir.

Belə ki, İrəvandakı Strateji və Milli Araşdırmalar Mərkəzinin "Qarabağ probleminin beynəlxalq nizamlanması çərçivəsində Dağlıq Qarabağın statusu" mövzusunda müzakirələr təşkil edib. Müzakirələr əsasən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin, yoxsa "müstəqil respublika" kimi qalmasının daha məqbul olması barədə aparılıb. "Modus Vivendi" mərkəzinin rəhbəri, keçmiş səfir Ara Papyan müzakirələrdə deyib ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi "ən məqbul variantdır". Papyan bunu Dağlıq Qarabağdakı rejimin əslində oyuncaq olduğunu və heç nəyi həll etmədiyi ilə əsaslandırıb.

"Əgər Dağlıq Qarabağın müstəqilliyi tanınsa və orada dövlət formalaşdırılsa, 20 il sonra bizim aramızda problem yaranacaq, bir-birimizi qıracağıq", - Ara Papyan deyib.

Qərbyönümlü erməni siyasi xadimi bildirir ki, onsuz da Dağlıq Qarabağın 160 milyon dollarlıq büdcəsinin (hərbi xərclər çıxılmaqla) 100 milyon dollarını Ermənistan verir. "Əgər pulu biz veririksə, nəyə görə Dağlıq Qarabağı Ermənistana birləşdirməyək? Orada 200-300 vəzifəli şəxsdən başqa qalanlar da elə bunu istəyirlər", - Ara Papyan bildirib.

Papyanın sözlərinə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmadığına görə bu gün xalq sual edir: nəyə görə mənim övladım gedib Qarabağda ölməlidir? Nəyə görə biz cibimizdən onlara pul verməliyik?

"Aprel döyüşlərində ölən əsgərlərdən cəmi 14-ü Qarabağdan, qalanları Ermənistandan xidmətə göndərilənlər idi. Onsuz da orada bütün məsələləri Ermənistan həll edir. Ermənistan Qarabağda hərbi vəzifələrə təyinatları həyata keçirir. Dağlıq Qarabağda heç müdafiə naziri vəzifəsi də yoxdur, ancaq müdafiə ordusunun komandanı postu var. Nəhayət, Bako Saakyan məsələləri həll etmir, aprel müharibəsini xatırlayın, hərbçilərdən soruşun: döyüşlər başlayanda hərbçilər Bako Saakyana zəng vurub soruşublar ki, nə edək? O isə deyib, mən bilmirəm, Yuri Xaçaturova (Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi) zəng vurun. Əslində isə əmrləri guya o verməliydi. Ona görə də Qarabağın birləşdirilməsi ən yaxşı variantdır", - Ara Papyan deyib.

Xatırladaq ki, aprel döyüşləri başlayanda general Xaçaturovun İrəvanda bilyard oynadığı, generalların onu xeyli axtarandan sonra tapdığı məlum olmuşdu. Aprel döyüşləri Xaçaturova qarşı güclü tənqidlərə səbəb oldu və nəhayət o, bu yaxınlarda Qarabağdan olan general Movses Akopyanla əvəzləndi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəmkirə 3 milyon manat ayrıldı

22 Avqust 2017 18:43

Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

22 Avqust 2017 18:42

İrəvanın xəyalını puç edən REALLIQ: Rusiya və Türkiyə Ermənistanı oyundan kənarlaşdırır?

22 Avqust 2017 18:38

Prezident Şəmkir və Gədəbəyə pul ayırdı - SƏRƏNCAM

22 Avqust 2017 18:34

Elşad Həmidova fəxri adı verildi

22 Avqust 2017 18:30

Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 3 milyon manat ayrılıb

22 Avqust 2017 18:27

Aparıcı mərkəzi banklar bazarın maliyyələşdirməsinı dayandırır

22 Avqust 2017 18:27

Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib

22 Avqust 2017 18:22

Gədəbəyə 3 milyon manat vəsait ayrıldı

22 Avqust 2017 18:21

Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verildi

22 Avqust 2017 18:21

Dünyanın ən bahalı çantaları haqqında bilmədiyiniz 10 FAKT - FOTO

22 Avqust 2017 18:18

Prezident İlham Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

22 Avqust 2017 18:17

SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilir

22 Avqust 2017 18:17

Mayonezin saça bu faydasını bilmirsiniz...

22 Avqust 2017 18:16

Elşad Həmidova “Əməkdar həkim” fəxri adı verilib

22 Avqust 2017 18:12

Bəxtiyar Hacıyev Elmlər Akademiyasını biabır etdi - 6 SƏRT SUAL

22 Avqust 2017 18:09

Elmar Novruzova general-mayor rütbəsi verilib

22 Avqust 2017 18:07

Əti necə bişirək ki, dadlı və yumşaq olsun? - FAYDALI MƏSLƏHƏT

22 Avqust 2017 18:03

Təlafərin azad olunması əməliyyatı davam etdirilir

22 Avqust 2017 18:01

“Marca” “Qarabağ”dan üzr istədi

22 Avqust 2017 17:58

Səfirlik: İspaniyanın "Marca" qəzeti Dağlıq Qarabağla bağlı yanlışlığı aradan qaldırıb

22 Avqust 2017 17:52

Azərbaycanlı gənclər kinosevərlər üçün yeni mobil tətbiqetmə yaradıblar

22 Avqust 2017 17:52

Ermənistan ordusunun hərbçiləri arasında dava olub

22 Avqust 2017 17:52

Fransanın şimalında 200 miqrantın iştirakı ilə kütləvi dava olub

22 Avqust 2017 17:52

“LUKoil” Özbəkistanda qaz layihəsinin əsas obyektlərini işə salıb

22 Avqust 2017 17:47

Millimizin baş məşqçisi: “Komandamız yaxşı formadadır”

22 Avqust 2017 17:47

BİABIRÇILIQ: Avtobusa oturacaq əvəzinə köhnə stul qoydular

22 Avqust 2017 17:45

"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz" - DİNİ KOMİTƏ

22 Avqust 2017 17:44

Zaurun Təhminəsi növbəti dəfə Bakıda – FOTOLAR

22 Avqust 2017 17:43

Güləşçimiz ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

22 Avqust 2017 17:37

“Facebook” şirkəti “Safety Check” funksiyasını yeniləyib

22 Avqust 2017 17:35

XİN başçılarının Bakı görüşünün vaxtı məlum oldu

22 Avqust 2017 17:33

Ramil Usubov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

22 Avqust 2017 17:32

Maldiv adaları 60 ildən sonra ölüm hökmünü yenidən tətbiq edəcək

22 Avqust 2017 17:32

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxsin başqa cinayətlər törətdiyi də məlum olub

22 Avqust 2017 17:27

Ermənistan ordusunda rüşvət halları artıb

22 Avqust 2017 17:27

Uşaqlar arasında virus yayılıb?

22 Avqust 2017 17:26

İrəvan Moskvanı nəçəyə “satır”? - İşğalçılar regionu “soyuq müharibə” MEYDANINA ÇEVİRİR

22 Avqust 2017 17:23

Dolların sabaha olan MƏZƏNNƏSİ

22 Avqust 2017 17:18

Sabah dolları bu qiymətə alacaqsınız

22 Avqust 2017 17:14

MTRŞ sədri: "Reytinq ölçən təşkilatlar qeyri-şəffafdır"

22 Avqust 2017 17:09

Bu da Aygünün yataqda görüntüləndiyi oğlan – FOTO

22 Avqust 2017 17:08

Məşhur braziliyalı futbolçu görün hansı kluba getdi

22 Avqust 2017 17:07

Flora Kərimova Metbuat.az-ın qonağıdır

22 Avqust 2017 17:03

FHN-dən Neftçilər prospektindəki yanğınla bağlı

22 Avqust 2017 16:59

İki ay əvvəl əkiz anası olan Beyons arıqlayıb belə oldu - FOTO

22 Avqust 2017 16:58

"Kopenhagen" klubu "Qarabağ"la oyundan əvvəl cəzalanıb

22 Avqust 2017 16:57

Lənkəranda bir qrup şəxs "Azərişıq" ASC-yə məxsus avtomobili yandırıb

22 Avqust 2017 16:57

Bu yoldan keçərkən DİQQƏTLİ OLUN!

22 Avqust 2017 16:55

Türkiyənin bələdiyyə üzvləri Tovuzda ön cəbhədə

22 Avqust 2017 16:54