Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məzahir Pənahov Amerikadakı seçkilərə qiymət verəcək

Məzahir Pənahov Amerikadakı seçkilərə qiymət verəcək

Date: 8 November 2016 09:57

Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-a səfər edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, MSK sədri Məzahir Pənahov 2016-cı il noyabrın 9-da Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib.
 

Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq.

Seçki günü həmçinin, MSK sədrinin məntəqələrdə gedən prosesləri müşahidə etməsi də nəzərdə tutulur.
 

M.Pənahov IFES prezidentinin dəvəti ilə noyabrın 9-da keçiriləcək Qlobal Seçki Təşkilatının növbəti - 7-ci (GEO-7) konfransında da iştirak edəcək. Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də beynəlxalq seçki ekspertlərinin qatılacağı konfransda seçkilərlə bağlı müxtəlif mövzularda müzakirələr keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi aparılması gözlənilir.

ABŞ səfəri zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

İlkin İzzət

Milli.Az


Tags:  Məzahir Pənahov Amerikadakı seçkilərə qiymət verəcək

RƏYLƏR


Top news