Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıdakı erməni: "Qaçqınlar məni qucaqladılar..."

Bakıdakı erməni: "Qaçqınlar məni qucaqladılar..."

Date: 8 November 2016 10:27

Hazırda Bakıda olan erməni yazıçısı, siyasətçi və dissident Vahe Avetyan azadliq.org-un suallarını cavablandırıb.

Milli.Az müsahibəni təqdim edir:

- Vahe, siz Bakıda Xocalı faciəsi qurbanlarının abidəsi önünə çiçək qoymaq istəyirdiniz. İstəyiniz doğruldu?

- Hələlik yox. Amma planlaşdırılır. Proqram artıq hazırlanıb. Mən də çalışıram adamlara mane olmayım. Onlar hər şeyi gözəl təşkil edirlər.

- Bakıya dəvəti necə dəyərləndirirsiniz?

- Minnətdarlıqla və barışa ümid duyğusuyla.

- Buradakı görüşlərdən nə gözləyirsiniz?

- Barış gözləyirəm. Xalqlarımız arasında, mümkündürsə, vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqun başlanmasını gözləyirəm. Biz bu imkandan da yararlanmalıyıq.

- Bəlkə də yorucu və artıq dəfələrlə cavabladığınız sualdır: Bakıda özünüzü necə hiss edirsiniz?

- Mən özümü Qafqazda qafqazlı kimi hiss edirəm, yəni çox gözəl hiss edirəm. Mən düşmənçilik, ya da təhlükə hiss etmirəm. Mən bu gün şəhərdə gəzdim, xalq istiqanlıdır, mehribandır. Qarabağdan olan qaçqınlarla görüşdüm. Göz yaşı da gördüm, inciklik də, onların doğma yerlərdən, eləcə də əzizlərinin, yaxınlarının qəbrindən ötrü necə darıxmasını da... Və onlar ayrılarkən məni qucaqladılar.

- Sizcə, iki xalq arasında dialoqun başlaya biləcəyini söyləmək olar?

- Dialoq artıq başlanıb.

Milli.Az


Tags:  Bakıdakı erməni Qaçqınlar məni qucaqladılar

RƏYLƏR


Top news