İŞİD vəhşiliyi: məktəbdə 100 nəfər edam olundu - FOTO

İŞİD vəhşiliyi: məktəbdə 100 nəfər edam olundu - FOTO
10:27 8 Noyabr 2016
144 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın ikinci böyük şəhəri Mosulun İŞİD terrorçularından azad olunmasına yönəlmiş əməliyyat davam edir. 2014-cü ilin martında ələ keçirdiyi şəhəri İŞİD tərk etmək niyyətində deyil.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, dünən şəhərin yaxınlığındakı Hamam əl Həlil kəndi terrorçulardan azad olunub.

Kənddəki kollecin həyətində 100 yerli sakinin başları bədənlərindən ayrılmış cəsədləri aşkarlanıb.

İŞİD kəndi tərk etməzdən əvvəl bu insanları edam edib.

Mosulun şimal-şərqindəki Başika qəsəbəsi uğrunda da döyüşlər gərginləşib.

BBC-nin məlumatına görə, yüzlərcə peşmərgə qüvvələrinin top atəşləriylə və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin səhər saatlarından başlayaraq Başikaya üç istiqamətdən hücuma keçdikləri açıqlanıb.

İraq ordusu günortadan sonra peşmərgə qüvvələrinin Başikanın yarısını ələ kecirdiklərini bəyan edib.

Başika Mosul əməliyyatı istiqamətində aparılan əməliyyatlar çərçivəsində 2 həftə əvvəldən mühasirəyə alınıb.

Altı gün əvvəl Mosulun kənar məhəllələrinə daxil olan İraq Ordusunun xüsusi qüvvələri bəzi bölgələri ələ keçirib.

Lakin içində bomba olan avtomobillər vasitəsilə edilən sui-qəsdlər, tələ planları və ev-ev baş verən döyüşlər səbəbilə irəli getmək planları zəifləyib.

Peşmərgənin Başikada hücumları davam edərkən Rudaw Xəbər Agentliyinin müxbiri İŞİD döyüşçülərinin məhdud müqavimət göstərdiyini deyib.

Ağ Evin İŞİD-ə  qarşı koalisiyadakı özəl nümayəndəsi olan Brett MakQark dünən axşam verdiyi açıqlamada üç həftədir davam edən hücumların "böyük ölçüdə planlaşdırıldığı kimi getdiyini" söyləyib.

MakQark deyib: "Mosulda hər baxımdan hər şey yolunda gedir. İŞİD gözlədiyimiz kimi gərgin bir dirəniş göstərir və bu əməliyyatın başa çatmasının zaman alacağını gözləyirəm".

MakQark Rəqqa istiqamətində başladılan əməliyyatın mərhələlərlə davam edəcəyini vurğulayıb.

"Bu gün başlayan təcrid mərhələsi var və İŞİD-i Rəqqadan kənarlaşdırmaq üçün növbəti mərhələlər də olacaq", - MakQark söyləyib.

Milli.Az














































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR