Azərbaycanlı xanəndə fransız musiqiçilə eyni səhnədə - FOTOLENT

Azərbaycanlı xanəndə fransız musiqiçilə eyni səhnədə - FOTOLENT
10:34 8 Noyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

 

Xanəndə Qoçaq Əsgərov və fransız musiqiçi Pierre de Tregomain Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər. Lent.az-ın məlumatına görə, "Muğam caz konserti" adlanan gecədə Azərbaycan və Frana musiqisinin birgə sintezi səsləndirilib.

Konserti Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez öz nitqi ilə açıb. Daha sonra musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırova çıxış edib. Hər ikisi Azərbaycanın və Fransanın musiqi tarixinə nəzər  salıb, eyni zamanda gecənin səbəbkarlarına uğurlar diləyiblər.

Qoçaq Əsgərov tamaşaçılara “Şur” muğamını kompazisiya şəklində ifa edib. Pierre de Tregomain isə fransız musiqiləri ilə yanaşı, tar və kamançanın müşayiəti ilə “Rast” muğamını səsləndirib. Hər iki ifaçının maraqlı konsert proqramı alqışlarla qarşılanıb.

Qeyd edək ki, Q.Əsgərov və Tregomaini tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada, əməkdar artist Kamran Kərimov, pianoda Vasif  Hüseynzadə, bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər.

Konserti izləməyə gələnlər arasında bir çox səfirliklərin, eyni zamanda beynəlxalq qurumların nümayəndələri və tanınmış şəxslər  də olub. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR