Şimali İrlandiya - Azərbaycan matçının hakimləri açıqlandı

Şimali İrlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
10:37 8 Noyabr 2016
208 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Belfastın "Vindzor Park" stadionunda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Klement Turpin olacaq. Ona həmyerliləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyası Frank Şneyderə həvalə olunub.
 
2010-cu ildən FİFA hakimi olan 34 yaşlı fransalı beynəlxalq oyunlarda zəngin karyeraya malikdir. AVRO-2016-nın final mərhələsinə təyinat alan Turpin UEFA-nın ikinci kateqoriyalı hakimidir. Bu turnirdə Avstriya - Macarıstan (0:2), həmçinin yığmamızın rəqiblərinin iştirakı ilə baş tutan Şimali İrlandiya - Almaniya (0:1) qarşılaşmalarını idarə edib. Bundan başqa, bu il keçirilən Olimpiya Oyunları, həmçinin U-21 və U-19-ların qitə çempionatının final mərhələsində fit çalıb.
 
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR