Dünya çempionunu öldürüb, Bakıya qaçmaq istədi

Dünya çempionunu öldürüb, Bakıya qaçmaq istədi
10:42 8 Noyabr 2016
157 İdman
Ölkə mətbuatı
A- A+

Kikboksinq üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayılov qətlə yetirilib.

Killer dünya çempionunu güllələləyib Bakıya qaçmaq istədi, təyyarə geri qaytarıldı - YENİLƏNİB

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada öldürülüb.

Paytaxtın ticarət mərkəzlərindən birinin yaxınlığında baş verən hadisənin təfərrüatlarını araşdıran Moskva hüquq-mühafizə orqanları artıq cinayətkarı yaxalayıb. Rusiyanın Şimali Qafqaz regionunun sakini olan qatil Azərbaycana qaçmaq istəyərkən tutulub.
 
O, Şeremetyevo hava limanında Bakıya uçan təyyarədə saxlanılıb. Bunun üçün havaya qalxmaqda olan təyyarəni saxlatdırmaq lazım gəlib.
 
Adı açıqlanmayan cinayətkarın dünya çempionunu öldürməsinə səbəb isə aralarındakı maliyyə mübahisəsi olub. Ticarət mərkəzinə yaxınlığında avtomobilin içində baş tutan mübahisə 31 yaşlı qatilin tapançadan atəş açması ilə nəticələnib. Sinəsindən güllələnən Cəbrayılovun cəsədini polis işçiləri mərkəzin yanından tapıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR