Mingəçevirdə zəhərləndikləri deyilən uşaqlardan YENİ XƏBƏR

Mingəçevirdə zəhərləndikləri deyilən uşaqlardan YENİ XƏBƏR
10:47 8 Noyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi haqda xəbər vermişdik.

"Mingəçevirdə zəhərləndikləri bildirilən iki azyaşlı xəstəxanaya qrip əlamətləri ilə daxil olub".

Milli.Az bildirir ki, bunu APA-ya Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev deyib. Mərkəz direktoru əlavə edib ki, həmin uşaqlarda zəhərlənmə əlamətləri olmayıb: "Hazırda ölkədə qrip virusu yayılıb. Həmin uşaqlar da yüksək temperatur və qusma şikayətləri ilə xəstəxanaya çatdırılıblar. Zəhərlənmə hadisəsi qeydə alınanda xəstəxana dərhal mərkəzə xəbər verir. Mərkəz araşdırmadan sonra zəhərlənmə faktının olub-olmadığını bildirir. Biz bu hadisənin zəhərlənmə faktı olduğunu təsdiqləməmişik. Yəni, uşaqlarda qida zəhərlənməsi olmayıb".

Xatırladaq ki, ev sahibi, 1974-cü il təvəllüdlü Rüstəmov Tapdıq Səxavət oğlu mağazadan aldığı kolbasanı ailə üzvləri ilə birgə yedikdən sonra qəflətən onların səhhətində problem yaranmışdı. Kolbasadan zəhərlənən Tapdıq Rüstəmov, həyat yoldaşı 1979-cu il təvəllüdlü Şərifova Könül Tahir qızı, övladları, 2008-ci il təvəllüdlü Rüstəmzadə Əli Tapdıq oğlu və 2010-cu il təvəllüdlü Rüstəmzadə Sima Tapdıq qızı kəskin mədə ağrıları, qızdırma və qusma əlamətləri ilə təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR