Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı zəvvarların avtobusu İraqda terrorun hədəfinə tuş gəldi - FOTOLAR

Azərbaycanlı zəvvarların avtobusu İraqda terrorun hədəfinə tuş gəldi - FOTOLAR

Date: 8 November 2016 10:58

Ötən gün İraqın Samirra şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusuna da ziyan dəyib.

Bu barədə İslamazeri.az-a zəvvarlardan biri danışıb. O qeyd edib ki, hadisə zəvvarlar Samirrada ziyarətgahda olan zaman baş verib:

“Partlayış səsi eşidildi. Məlum oldu ki, partlayış zəvvar avtobuslarının olduğu dayanacaqda olub. Azərbaycanlı sürücülər xəsarət almayıb, amma avtobusun birinin şüşələri sınıb. Digər avtobuslardan (Azərbaycandan olmayan, əksəri İran avtobusları) partlayanlar da var. Deyilənə görə, 70-80 nəfər şəhid olub. Bizim zəvvar şirkətinin nümayəndəsinin biri yüngül yaralanıb”.






Tags:  Azərbaycanlı zəvvarların avtobusu İraqda terrorun hədəfinə tuş gəldi FOTOLAR

RƏYLƏR


Top news