Prosineçkinin mətbuat konfransının vaxtı bəlli oldu

Prosineçkinin mətbuat konfransının vaxtı bəlli oldu
11:07 8 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 11-də Belfast şəhərindəki “Vindzor Park” stadionunda baş tutacaq matçdan bir gün öncə baş məşqçilər media nümayəndələri önünə çıxacaq.

 

Noyabrın 10-da Bakı vaxtı ilə saat 16:45-də Böyük Britaniya təmsilçisinin baş məşqçisi Maykl Onil mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki isə 23:15-də jurnalistlər önünə çıxacaq.

 

Həmin gün saat 15:00-da Şimali İrlandiya, 23:45-də isə Azərbaycan yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosineckinin-mtbuat-konfransnn-vaxt-blli-oldu-t53993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR