Millimizin Şimali İrlandiyada açıq məşqi olacaq

Millimizin Şimali İrlandiyada açıq məşqi olacaq
11:22 8 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində noyabrın 11-də, Belfast şəhərindəki Windsor Park stadionunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Milli.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, noyabrın 11-də Belfast şəhərindəki "Vindzor Park" stadionunda keçiriləcək matçdan bir gün öncə baş məşqçilər media nümayəndələri önünə çıxacaq.
 
Noyabrın 10-da Bakı vaxtı ilə saat 16:45-də Böyük Britaniya təmsilçisinin baş məşqçisi Maykl Onil mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki isə 23:15-də jurnalistlər önünə çıxacaq.
 
Həmin gün saat 15:00-da Şimali İrlandiya, 23:45-də isə Azərbaycan yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR