Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının 4-cü iclası keçirilir - FOTO

IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının 4-cü iclası keçirilir - FOTO

Date: 8 November 2016 11:22

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.

İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək. Koordinasiya Komissiyasının 2-ci günü idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləri ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası bu il mayın 12-də keçirilib.

Milli.Az














Tags:  İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının 4-cü iclası keçirilir FOTO

RƏYLƏR


Top news