Azərbaycanlı zəvvarların avtobusu terrorun hədəfinə tuş gəldi - FOTO

Azərbaycanlı zəvvarların avtobusu terrorun hədəfinə tuş gəldi - FOTO
11:32 8 Noyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün İraqın Samirə şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusuna da ziyan dəyib.

Milli.Az bildirir ki, bu barədə islamazeri.az-a zəvvarlardan biri danışıb. O qeyd edib ki, hadisə zəvvarlar Samirədə ziyarətgahda olan zaman baş verib:
"Partlayış səsi eşidildi. Məlum oldu ki, partlayış zəvvar avtobuslarının olduğu dayanacaqda olub. Azərbaycanlı sürücülər xəsarət almayıblar, amma avtobusun birinin şüşələri sınıb. Digər avtobuslardan (Azərbaycandan olmayan, əksəri İran avtobusları) partlayanlar da var. Deyilənə görə, 70-80 nəfər şəhid olub. Bizim zəvvar şirkətinin nümayəndəsinin biri yüngül yaralanıb".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/487370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR