Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azad Rəhimov: "Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək"

Azad Rəhimov: "Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək"

Date: 8 November 2016 11:37

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasında deyib.

A.Rəhimov Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə təqribən 6 ay qaldığını xatırladıb.

Nazir qeyd edib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə hazırdır: "Ümumi hazırlıqlar barədə deyə bilərəm ki, 16-ya qədər idman arenası yarışların keçirilməsinə artıq hazırdır. Dünya standartlarına cavab verən Atletlər Kəndi bütün iştirakçı ölkələrdən idmançıları qəbul etməyə və onların Oyunlar zamanı rahat şəraitdə qalmasına hazırdır".

A.Rəhimov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri nəzərdə tutulan qrafik üzrə gedir: "İnanıram ki, Bakıda möhtəşəm bir idman yarışının şahidi olacağıq. Birinci Avropa Oyunları və Formula-1 kimi beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmiş bir ölkə kimi Azərbaycan IV İslam Həmrəyliyi Oyunları zamanı da yükək peşəkarlıq nümayiş etdirəcək".

Qeyd edək ki, iclasda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, gənclər və idman naziri A.Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyanın 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.

İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə edilir.

Milli.Az


Tags:  Azad Rəhimov Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək

RƏYLƏR


Top news