Azərbaycanda hərbi vəziyyət 48 saata elan edilə bilər

Azərbaycanda hərbi vəziyyət 48 saata elan edilə bilər
11:37 8 Noyabr 2016
657 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Hərbi vəziyyət haqqında" yeni qanun layihəsi hazırlanıb.

Yeni qanun layihəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az bildirir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc azvision.az-a deyib ki, yeni qanun layihəsinə əsasən, hərbi vəziyyətin parlament tərəfindən elan olunması vaxtı 3 sutkadan 2 sutkaya endirilir. 

Deputatın sözlərinə görə, Azərbaycanda hərbi vəziyyət 72 saata yox, 48 saata elan ediləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan "Hərbi vəziyyət haqqında" qanun 1994-cü ildə qəbul olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR