Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzər dənizinin Azərbaycan hissəsi dumana büründü - FOTO

Xəzər dənizinin Azərbaycan hissəsi dumana büründü - FOTO

Date: 8 November 2016 11:52

Hazırda Xəzər dənizinin Azərbaycan hissəsində duman müşahidə olunur.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın report-a verdiyi məlumata görə, Bakı şəhərində cənub-şərq küləyinin üstünlüyü müşahidə edilir: "Bu, cənub-şərq axınlarıdır. Hazırda yer səthində olan havanın temperaturu ilə hündürlükdə olan havanın temperaturu arasında fərq olduğundan rütubət yüksəkdir və bu da dumanın əmələ gəlməsinə şərait yaradır".
G.Məmmədova qeyd edib ki, duman daha çox səhər saatlarında müşahidə olunur: "Günorta saatlarında havanın istiləşməsi ilə əlaqədar artıq yer səthində olan havanın temperaturu ilə hündürlükdə olan havanın temperaturu arasında fərq böyüyür və dumanın çəkilməsinə şərait yaranır".

Milli.Az





Tags:  Xəzər dənizinin Azərbaycan hissəsi dumana büründü FOTO

RƏYLƏR


Top news