Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Ali Neft Məktəbində Bayraq Günü qeyd olundu - FOTO

Bakı Ali Neft Məktəbində Bayraq Günü qeyd olundu - FOTO

Date: 8 November 2016 12:12

Bakı Ali Neft Məktəbində (BANM) 9 Noyabr - Bayraq Günü münasibətilə BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə, Ali Məktəbin bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olundu. BANM-in binasının üzərində Azərbaycan bayraqları asıldı.

BANM-dan Milli.Az-a verilən məlumata görə, dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər.

Milli.Az




Tags:  Bakı Ali Neft Məktəbində Bayraq Günü qeyd olundu FOTO

RƏYLƏR


Top news