Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvilinin istefa ərizəsi bu tarixdə təmin ediləcək

Saakaşvilinin istefa ərizəsi bu tarixdə təmin ediləcək

Date: 8 November 2016 12:18

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin vəzifəsindən çıxardılması haqqında fərman çərşənbə günü Pyotr Poroşenko tərəfindən imzalanması üçün hazır olacaq.

Publika.az xəbər verir ki, bu haqda prezident administrasiyasındakı mənbələrə istinadən “Qromadsk TV”nin saytı bildirib.

Saytın yazdığına görə, qubernator öz öhdəliklərini yerinə yetirmədiyi üçün onun istefası hələ yayda hazırlanırdı. Lakin onun vəzifəsindən uzaqlaşdırılması təxirə salınıb.

Daha əvvəl Ukraynanın baş naziri Dmitri Stolyarçuk bildirib ki, hökumət Saakaşvilinin istefa haqqında ərizəsini təmin etmək niyyətindədir. Dünən prezident administrasiyasından verilən məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin razılığından sonra Saakaşvilinin istefasını qəbul edəcək.

Dövlət başçısı hazırda Slovakiyada səfərdədir.

Qeyd edək ki, Mixail Saakaşvili dünən istefa qərarını açıqlayıb. Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki, istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədardır. O, bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.

Saakaşvili 2015-ci il mayın 30-da bu vəzifəy təyin edilmişdi.

Ömər Dağlı


Tags:  Saakaşvilinin istefa ərizəsi bu tarixdə təmin ediləcək

RƏYLƏR


Top news