40 yaşlı kişi 8 yaşlı qızla evləndi - "Gəlin" toy gecəsi öldü - FOTO

40 yaşlı kişi 8 yaşlı qızla evləndi - "Gəlin" toy gecəsi öldü - FOTO
12:22 8 Noyabr 2016
5663 Dünya
Ölkə mətbuatı
A- A+

8 yaşlı gəlin toyun səhərisi gün vəfat edib. Onun ölümünə səbəb isə toy gecəsi cinsi akt zamanı aldığı zədələr olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, insan hüquqlarını qoruyan təşkilatlar gəlindən yaşca 5 dəfə böyük olan bəyi həbs etməyi tələb edir. Livan qəzetləri hadisənin Yəmənin şimali-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hard əyalətində baş verdiyini yazır. Bu məsələ dünya ictimaiyyətinin diqqətini yenə də Yaxın Şərq regionunda erkən nikahlar mövzusuna cəlb edib.

BMT-nin hesabatlarına görə, 2011-2020-ci illər arasında 140 milyon qız uşağı erkən nikaha daxil olacaq. Bundan başqa, 140 milyon qızdan 50 milyonunun yaşı 15-dən aşağı olacaq.

Yəməndə qızların 25%-i 15 yaşına çatmamış ərə verilir. Onlar normal tibbi xidmət və təhsildən məhrum edilirlər. Bundan əlavə, nikaha daxil olan körpələr fiziki və mənəvi zorakılığa məruz qalırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR